“1 həftəyə 16 manatdan da az pul xərcləyirəm” -ELNARƏ

  • By admin
  • 27 Mart 2018 16:12

Müğənni Elnarə Xəlilova 1 həftəyə 16 manatla dolanır.

Gununsesi.info Axsam.az-a istinadən xəbər verir ki, Elnarə bəzən heç cibində pul olmadığını da deyib.

“16 manat bir həftə sumkamda fırlana bilər. Özümə pul xərcləmirəm. Maşınımda benzin, telefonumda pul olsa bəsimdir. Gün ərzində heç yemək də yeməyə bilərəm. Getdiyim yerlərdə ayaqüstü çay içdim bəsimdir. Bəzən elə olur ki, maşınımı “parkovka” edirəm, əlimi atıram ki, pul yoxdur. Üstümdə olan pulun sayını bilmirəm, önəmsizdir. Həyat yoldaşım əlimdən tutub filmə aparsın bəs edir”.

Gununsesi.info