1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib - GƏNCƏDƏ

  • By admin
  • 01 İyun 2017 09:46

siaphoto_5562_6565020160602

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Gəncə şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar və yeniyetmələr üçün Reabilitasiya Mərkəzində bu qəbildən olan uşaqların və onların valideynlərinin, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulunun və konsulluq əməkdaşlarının, habelə Gəncə Uşaq Fondu nümayəndələrinin qatıldığı və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbirdə iştirak ediblər.

Qurumdan Gununsesi.info-ya verilən məlumata görə, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi AbbasovAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanıntəşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda keçirilən 18 may – 18 iyun “İnsan hüquqları aylığı”  çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün də qeyd edilməsinin əlamətdar hadisə olduğunu bildirərək, tədbir iştirakçılarını bu münasibətlə təbrik edib.

O, uşaqların beynəlxalq müdafiəsi gününün 1 iyun 1950-ci ildə BMT-nın Baş Assambleyası tərəfindən qeyd olunmasının qərara alındığını və BMT-nın tarixində bu mövzuda ilk və əlamətdar günlərdən birinin olduğunu vurğulamış,insan hüquqlarının xüsusi növü kimi uşaq  hüquqlarının formalaşması tarixi, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu,eləcə də uşaq hüquqlarının müdafiəsi və təbliği istiqamətində Ombudsman təsisatının fəaliyyəti, xüsusilə də Müvəkkilin ümumtəhsil məktəblərində uğurla həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris təşəbbüsü,Ombudsman Aparatında uşaq hüquq pozuntularına qarşı 012 916 saylı Qaynar xətt xidməti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Digər iştirakçılar çıxış edərək, mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər. Tədbir Sağlamlıq imkanları məhdud uşaqlar və yeniyetmələr üçün Reabilitasiya mərkəzindən bəhrələnən uşaqlar tərəfindən səsləndirilən şerlər və uşaqların şən rəqsləri ilə davam edib.

Gülnaz Qənbərli

Gununsesi.info