1 milyondan çox uşaq Ukraynadan qaçqın düşüb

  • By admin
  • 11 Mart 2022 09:15

Artıq 1 milyondan çox uşaq Rusiyanın işğalı səbəbindən Ukraynanı tərk edib.

Gununsesi.info xəbər verir ki, bu məlumatı Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) dərc edib.

Beynəlxalq təşkilatın məlumatına görə, kiçik ukraynalıların əksəriyyəti ailələri ilə birlikdə Polşa, Macarıstan, Slovakiya, Moldova və Rumıniyaya qaçıb.

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xan deyib: “Qaçan uşaqların sayı heyrətamizdir, bu, Ukraynada uşaqlar və ailələr üçün vəziyyətin nə qədər çıxılmaz olduğunu göstərir. Uşaqlar təhlükəsizlik axtarışında bildikləri hər şeyi tərk edirlər. Bu, ürək ağrıdır”.

Fond tərəfdaşları ilə birlikdə 20 min uşaq və anaya kömək məqsədilə Ukraynanın 5 müxtəlif bölgəsində müharibədən zərər çəkmiş 22 xəstəxanaya tibbi ləvazimatların çatdırılmasını vəd edir və bir sıra digər tədbirlər həyata keçirir.

Bundan əlavə, UNICEF Ukraynaya humanitar yardım və evakuasiya üçün təhlükəsiz, sürətli və maneəsiz çıxışa çağırır.

Ukraynada rus işğalçıları nəticəsində azı 71 uşaq həlak olub, 100-dən çox uşaq yaralanıb.

Gununsesi.info