
Cəlilabadda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Cəlilabad -Yardımlı avtomobil yolunun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Kövüzbulaq kənd sakini Əlifağa Mirzəyevin idarə etdiyi “Vaz-21011” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yüvarlanıb. Nəticədə sürücü də daxil olmaqla sənişinlər Zaur Ağayev, Xumar, Qətibə Ağayevalar müxtəlif dərəcəli bədən xasarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasıa çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Qətibə Ağayevanın həyatını xilas etmək mükün olmayıb.Yaralıların vəziyyəti isə ağır olraq qalır. İlkin ehtmala görə qəzaya avtomobilin yüksək sürətlə idarə olunması səbəb oluhbb. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info