1 Qramı 160 MİLYON DOLLAR! – Yerdən tapsanız… – VİDEO

  • By admin
  • 18 İyun 2020 14:55

Dünyanın ən maraqlı video xəbərləri ilə Gununsesi.org olaraq, maraqlı videolar rubrikamıza davam edirik. Youtube-də “Arzu Sayadoğlu Videoları” kanalı ilə birgə hazırladığımız video materiallar əminik ki, sizin marağınıza səbəb olacaq. Bu dəfə sizi dünyanın 3-cü ən bahalı maddəsi olan Fullerenes ilə tanış edəcəyik.

Qramı 160 milyon dollar olan Fullerenes maddəsi olduqca həssas və atom saatları üçün istifadə edilən bir karbon izotopudur. Zamanı ən doğru şəkildə ölçmək üçün istifadə edilir. Quruluşca 60 karbon atomundan yaranan bir qəfəs şəklindədir. Əslində, içərisində metal olmayan bəsit molekkulları özündə birləşdirir.

Nitrogen, fosfor və helium kimi atomları tuta bilir. Element eyni zamanda iç kürələrdə qapalı qalmış əlavə atomlar, ionlara sahib fullerenlərdir: Metal fullerenlər və metal olmayan gücləndirilmiş fullerenlər.

Keçək, Fullerenesin dünyadakı gözlənilən ən böyük faydasına: Hədsiz bahalı və maraqlı olmaqla qalmayıb, içlərindəki nitrogen atomu tutulursa, bu atomun elektronunun ekstra uzun fırlanması səbəbi ilə həm də saatlarımızı dəyişdirə bilər.

Bilim adamları bu maddələri atomik saatlar olaraq istifadə üçün araşdırır. Çünki atomik saatlar dünyadakı ən kəskin zaman ölçmə sistemləridir. Bu maddə atom saatlarını bir dolab böyüklüyündən bir mikroçip kiçikliyinə endirmə bacarığına sahibdir. Və bu saatları biz saatlarımıza, ya da GPS cihazlarımıza inteqrasiya edə bilərik. Əgər bunu edə bilərlərsə, alimlər 1 mm xəta payı olan GPS cihazları hazırlaya biləcəklər. Bu, ağıl almaz bir şeydir. Çünki günümüzdəki GPS cihazları 1-5 arası xəta ilə nəticə istehsal edir.

Digər bir tətbiqatı da sürücüsüz avtomobilllərin idarəetməsi ola bilər. 

Bahalı maddə haqqındakı həmin videonu təqdim edirik:

 

 

Gununsesi.org