1 türk hərbçi ölüb, 6-sı yaralanıb – PKK hücumu

  • By admin
  • 06 İyun 2017 20:18

 pkk

 

Türkiyədə Hakkari-Çukurca yolunda hərbi avtomobilə qumbaraatandan atəş açılıb.

Trend-in məlumatına görə, PKK-nın silahlı hücumu nəticəsində bir hərbçi ölüb, 6-sı xəsarət alıb.

Yaralılar Hakkari Dövlət Xəstəxanasına aparılıb. Bölgədə PKK terrorçularına qarşı havadan dəstək verməklə əməliyyata başlanıb.

 

Gununsesi.info