1 yaşlı körpə binadan yıxılıb öldü

  • By admin
  • 25 İyul 2022 20:02

Sumqayıtda bədbəxt hadisə baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, yaşayış binalarından birinin ikinci mərtəbəsindən yıxılan 2021-ci il təvəllüdlü Yusif Şükürlü ağır xəsarət alıb. Körpə aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info