“10, 20, 30…. 100 illiyiniz qeyd edilsin” - OXUCU TƏBRİKİ

  • By admin
  • 25 May 2017 11:25

GUNUNSESI

Gununsesi.info-nun yaranmasının 1 illiyi münasibətiylə redaksiyamızın poçtuna ölkənin ictimai-siyasi həyatında önəmli yer tutan millət vəkilləri, ziyalılar və tanınmış şəxslərindən, eləcə də sıravi oxuculardan çoxlu sayda təbrik məktubları daxil olub. Onlardan  Naxçıvan şəhər sakini, ehtiyatda olan zabit  Elgün Səfərovun  təbrikini təqdim edirik. 

Gununsesi.info portalı Azərbaycanda baş verən ictimi-siyasi prosesləri, hadisələri, yenilikləri, cəmiyyətin fikrini, məmur özbaşınalığına məruz qalan vətəndaşların səsini dövlət rəhbərlərinə çatdırmaqda yardımçı olan kütləvi informasiya vasitəsidir.

Fəaliyyətə başladığı ilk gündən qərəzsiz mövqe nümayiş etdirməsi oxucularda Gununsesi.info-nun simasında mətbuata qarşı hörmət hissi formalaşdırıb. Hər gün yeni xəbərlərlə, eksklüziv informasiyalarla oxucularının qarşısına çıxan Gununsesi.info resbublikanın ən ucqar kəndlərindən belə, ona üz tutan oxucunun dadına çatır, onu dinləyir, problemlərinin həlli yolunda dövlət idarələrinə sörğu göndərir, araşdırma aparır. Nəticədə narazı vətəndaş aidiyyatı qurumlardan normal münasibət görür, sakitləşir. Bu da mətbuatın həyatımızdakı önəmli yerini göstərir. Düşünürkü ki, Azərbaycanda belə media qururmlarının sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Peşəkar kollektivinizi təbrik edirik, tutduğunuz yolda sizə uğurlar arzulayırıq. Başarılar, yeni-yeni nailiyyətlər arzulayırıq. Allahdan ən böyük arzum odur ki, 10, 20, 30…. 100 illiyiniz qeyd edilsin.

Hörmtlə,
Elgün Səfərov

Oxucu Naxçıvan