
Gələn ilin dövlət büdcəsindən elm xərclərinə 118,5 milyon manat vəsait ayrılacaq. Gununsesi.info bunu dövlət büdcəsinə istinadən xəbər verir.
Qeyd edək ki, elm xərclərinə ayrılan vəsait 2016-ci ilin büdcə proqnoz ilə müqayisədə 10 faiz azalıb.Bu il sözügedən istiqamətdə 131.7 milyon manat ayrılması nəzərdə tutulub.
Gələn il elm xərclərindən hansı dövlət qurumları yararlanacaq? Aşağıda həmin bölgünü təqdim edirik.
-Azərbaycan Milli Elmlər Akademiyası və onun tabeliyində olan müəssisələrin saxlanılmasına 80 milyon manat;
– Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 500 min manat;
– “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə 1,9 milyon manat;
– Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinə 2,1 milyon manat ;
– Ədliyyə Nazirliyinə 4,2 milyon manat;
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 464 min manat:
– İqtisadiyyat Nazirliyinə 705 min manat;
– Təhsil Nazirliyinə 80 min manat;
– Kənd Təsərrüfatı Nazirliyinə 12,1 milyon manat;
– Ekologiya və Təbii Sərvətlər Nazirliyi 526,6 min manat;
– Müdafiə Sənayesi Nazirliyinə 4,3 milyonnə manat;
– Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 170,5 min manat;
– Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə 431,3 min manat;
– Milli Arxiv İdarəsinə 4,7 milyon manat;
-Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna 803 min manat;
– Elm sahəsi üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlərə 501,6 min manat;
– Elm sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmirinə 501,6 min manat;
– Elm sahəsi üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 3,7 milyon manat.
Vüsalə Rüstəmova
Gununsesi.info