10 məhkum minlərlə insanın gözü qarşısında edam edildi - FOTO

  • By admin
  • 20 Dekabr 2017 17:10

Müxtəlif cinayət əməllərində ittiham olunaraq ölüm hökmünə məhkum edilən 10 məhbus minlərlə insanın gözü qarşısında edam edilib.

Gununsesi.info “haberlər”ə istiandən xəbər verir ki, hadisə Çinin cənubundakı Guangdong vilayətinin Lufeng şəhərində baş verib.

İyun ayından etibarən Guangdongda üçüncü edam tədbiridir. Dekabr ayında reallaşan edam törənində narkotik maddə satışı və digər ağır cinayətlər törətdiyinə görə edam hökmünə məhkum edilənlər barədə növbəti elan olub. Minlərlə insan edam olunan meydana toplanıb.

Məhkumların hər birinə işlətdiyi cinayət elan edilərək edam olunub. Çin mətbuatı bu hadisəni insanlıqdan xaric və aşağılayıcı bir hərəkət adlandırıb.

Gununsesi.info