“Bələdiyyələr haqqında həmişə mənfi notlarda danışırıq. Amma bələdiyyələri də dinləmək lazımdır. Onlar yerli problemlərə daha yaxındır”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin iclasında bildirib.
Bələdiyyələrə ayrılan pul əvvəllər 30-35 milyon idi, indi 47 milyon manatdır. Bunlardan 55 faizi əmək haqqına, 10 milyona yaxını isə yerli problemlərin həllinə yönəldilir. Azərbaycan kimi ölkələrdə 10 milyon manat yerli problemlərə kömək edə bilməz. Bələdiyyələrin şəhid ailələrinin, qazilərin problemlərinin həlli istiqamətində səlahiyyətləri artırılmalıdır”.
Gununsesi.info