10 milyonluq gəlinlikdə aşpaza ərə getdi - FOTOLAR

  • By admin
  • 15 Fevral 2020 11:11

Rusiyanın tanınmış iş xanımı, yazıçı Lena Lenina “Magnus Locus” restoranının baş aşpazı Anton İqnatova ərə gedib. Gununsesi.org-un məlumatına görə, şadlıq elə bəyin çalışdığı məkanda baş tutub.

Gəlin tərəfdən nikah şahidi aktrisa Nonna Qrişayeva, tamada isə Boris Qraçevski olub. Həmçinin şadlıqda Rusiyanın Xalq artisti Larisa Dolina, boks üzrə dünya çempionu Kostya Tszü, prodüser Bari Alibasov, aktrisalar Natalya Boçkaryova və Evelina Blödans, şoumen Qoqen Solntsev və digər ulduz qonaqlar iştirak edib. Toy tortunu bəy və gəlinin fiqurları bəzəyib.

Lena Leninanın sözlərinə görə, onun iki toy paltarı olub: səhər qeydiyyata geyindiyi modelyer Zuhayr Muraddan, axşam restorandakı isə rusiyalı modelyer Anika Kərimovadan.

Bildirilir ki, sonuncu libasın qiyməti 10 milyon rubldur (267,500.79 AZN). Onun hazırlanması üçün 300 metr “setka” və 100 metrə yaxın ipəkdən istifadə olunub. Gəlinlik fransız krujevası, əllə işlənən güllər və Svarovski daşları ilə bəzədilib.

Qeyd edək ki, buna qədər Lenina fransız Paskal Floran-Eduardla ailəli olub. Onların evliliyi iki il sürüb.








Gununsesi.org