“Həcc ziyarətinin qiyməti 10 min manat oldu. 10 min manat…
Azərbaycandan 5 min nəfər bu pulu verib gedəcək həccə. Şeytan daşlamağa.
Qayıdıb gələcəklər, öz ölkələrində gördükləri haqsızlıqlara susacaqlar”.
Gununsesi.info-nun xəbərinə görə, bunu gənc fəal İlkin Rüstəmzadə sosial şəbəkədə yazıb.
O, daha sonra əlavə edib:
Ölkələrində bir dənə yaralı barmağa tibbi xidmət göstərməyəcəklər. Uzağı Şəbnəmi saxlayacaqlar.
Əvəzində ərəb şeyxlərini zənginləşdirəcəklər. Onlar da gedib dünyada cənnəti yaşayacaqlar.
500 milyonluq şəxsi təyyarələrdə, Rolls Royce-larda gəzəcəklər.
Şərqin yüzillərdir sürən istismarı, şərqlinin avamlığı beləcə davam edəcək.
Uzağı bunu görüb dilə gətirənləri söyəcəklər…
Gununsesi.info