
“Mart ayı üçün 9 483 tibb işçisi, 1 043 qeyri-tibb işçisinin əməkhaqlarına əlavələr ödənilib”.
Gununsesi.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, bu da 6 milyon manatdan çox vəsait deməkdir:
“Bəzi tibb işçiləri və tibb müəssisələrinin rəhbərləri əməkhaqlarına əlavə artım məsələsini yanlış başa düşür. Hələ də bizə siyahılar daxil olur. 10 mindən çox tibb işçisi əlavə artımlar alıb”.