10 nəfər hələ də imza vərəqələrini təqdim etməyib - SİYAHI

Namizədliyinin irəli sürülməsi təsdiq edilən 10 nəfər hələ də imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim etməyib.

 

Gununsesi.info-nun məlumatına görə, indiyədək 17 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

 

Namizədliklər təsdiq edilən şəxslərə 40 min imza toplamaları üçün imza vərəqələri təqdim edilib. İndiyədək sadəcə 7 nəfər imza vərəqələrini geri qaytarıb.

 

Namizədliyi hakim partiya tərəfindən irəli sürülən Prezident İlham Əliyevin imza vərəqələri dekabrın 26-da geri qaytarılıb. Dörd gün sonra onun namizədliyi qeydə alınıb.

 

Deputatlar Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, Qüdrət Həsənquliyev, həmçinin Fuad Əliyev və Elşad Musayev də imza vərəqələrini MSK-ya qaytarıb. Hazırda onların təqdim etdikləri imzalar yoxlanılır.

 

Namizədliyi özlərinin təşəbbüsü ilə irəli sürülən 10 nəfər isə imza vərəqələrini hələ də geri qaytarmayıb. Onlar aşağıdakılardır:

 

1. Kərimov Sərvan

2. Mütəllimli Mətləb

3. Səmədov Abutalıbov

4. Yusifov Fikrət

5. Bağırzadə Yusif

6. Abdulkərimov Arzuman

7. Yunus Oğuz

8. Əlibəyli Qulamhüseyn

9. Səfərov Namizəd

10. Temirxan Əvəz

 

 

Gununsesi.info