10 nəfəri öldürən keçmiş şagirdin evində bomba tapılıb

  • By Admin2
  • 11 İyun 2025 11:02

Avstriyanın Qraz şəhərində məktəbdə 10 nəfəri öldürən keçmiş şagirdin evində bomba tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avstriya orta məktəbdə baş verən atışmaya görə yas saxlayır.

Avstriya polisi Qratsda məktəbə hücumu həyata keçirən keçmiş şagirdin evində axtarış apardığını bildirib.

Polis hücumçunun evində boru bombasının tapıldığını, lakin onun işlək olmadığı bildirildi.

Avstriya hakimiyyəti ölkənin müasir tarixində ən dəhşətli zorakılıq aktlarından birini həyata keçirən 21 yaşlı silahlının ölümü ilə bağlı araşdırmalarını davam etdirir.

İki sinif otağına atəş açan təcavüzkar 10 nəfəri öldürüb, sonra isə intihar edib. Baş nazir Kristian Stoker ölkədə üç günlük matəm elan edib.

Polis, ov tüfəngi və tapança ilə silahlanmış hücumçunun təkbaşına hərəkət etdiyini bildirib.

Məktəbin keçmiş şagirdi olduğu təsbit edilən hücumçunun qətliamdan sonra özünü tualetdə güllələdiyi bildirilir. 

Orxan

Gununsesi.info