10 saylı “zon”da məhbuslar arasında dava düşüb - YARALILAR VAR

  • By admin
  • 23 Noyabr 2016 17:10

zon

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində (CM) dustaqlar arasında dava baş verib.

Gununsesi.info-nun xəbərinə görə, dava zamanı CM-də cəza şəkən 1990-cı il təvəllüdlü Amid Əliyev şüşə stəkanla məhbus yoldaşı 1984-cü il təvəllüdlü Samir Mudriyanova xəsarət yetirib. Bu zaman yaranan qarışıqlıqdan istifadə edən S.Mudriyanov şüşə stəkanın qırıntıları ilə A.Əliyevə hücum edərək ona bədən xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info