10 tələbənin təhsil haqqı bank tərəfindən ödəniləcək - FOTO

  • By admin
  • 14 Mart 2017 13:02

sabah-10
SABAH qruplarında oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş 10 nəfər tələbənin bir illik təhsil haqqı Azər Türk Bank tərəfindən ödəniləcək.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, həmin tələbələr ölkəmizin 5 fərqli universitetində 3-cü kursda təhsil alırlar.

Layihə SABAH Karyera Akademiyasının rəsmi tərəfdaşı olan Azər Türk Bankın təşəbbüsü ilə həyata keçirilir.
Qeyd edək ki, SABAH Karyera Akademiyası ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.

Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.

Anar
Gununsesi.info