
Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 10 yaşını keçmiş avtomobillərin ölkəyə idxalına məhdudiyyət qoymasına dair qərarı ilə bağlı yaranmış suallara aydınlıq gətirib.
Qeyd edək ki, bu qərar 30 gün sonra qüvvəyə minsə də lakin ABŞ-dan və digər uzaq ölkələrdən sifariş olunan avtomobillər 3 aya gəlib çatır.
Gununsesi.info-nun bu barədə qaldırdığı məsələyə Nazirlər Kabineti də aydınlıq gətirib.
Məsələ ilə bağlı Gömrük Komitəsi də eyniməzmunlu açıqlama yayıb.
həmin açıqlamada deyilir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.
Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdırır ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.
Afət Abbasova
Gununsesi.info