
Adıyaman vilayətində çox sayda insanın həyatını itirdiyi binaların podratçısı Yasin Akbaş həbs edilib.
Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, şübhəli haqda Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılıb.
Adıyamanda 3 obyektin podratçısı İstanbulda tutularaq saxlanılıb.
Adıyaman Respublika Prokurorluğu tərəfindən aparılan araşdırmada nəzarətə alınan şübhəli, gətirildiyi məhkəmə tərəfindən tutularaq təcridxanaya təhvil verilib.
Gununsesi.info