100 tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib.