100 yaralı Qəzza zolağının cənubundakı “Nasir” xəstəxanasına aparılıb

  • By admin
  • 21 Noyabr 2023 11:49

Eksklavın şimal hissəsindəki İndoneziya xəstəxanasında müalicə alan 100 yaralı Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki Nasir xəstəxanasına aparılıb.

Gununsesi.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu tərəfindən mühasirəyə alınan İndoneziya xəstəxanasından yaralıların daşınması Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə razılaşdırılaraq həyata keçirilib.

Nasir xəstəxanasına yerləşdirilən yaralılardan birinin qohumu başına gələnləri “Anadolu” agentliyinə danışıb.

“Biz çətinliklə çıxa bildik. Biz Zeytun bölgəsindəki məktəbdə idik, bizi sadəcə məhv etdilər. İndoneziya xəstəxanasına getdik. Həkimlər kameralara böyük hörmətlə yanaşırdılar. Qardaşlarımız hələ də orada qalırlar”, – fələstinli bildirib.

Eyni zamanda o, Nasir xəstəxanasına gedən yolun da asan olmadığını qeyd edib.

Bölgədəki mənbələr İndoneziya xəstəxanasında hələ də 500 yaralı olduğunu bildirib. Hazırda yaralıların Qəzza zolağının cənubundakı Nasir xəstəxanasına və digər tibb müəssisələrinə çatdırılması istiqamətində işlər aparılır.

Gununsesi.info