1000-dən çox ərizəyə baxılıb – Əliməmməd Nuriyev

“Bu gün Əfv Məsələləri Komissiyasının 10-cu iclası baş tutacaq. Bu vaxta kimi komissiya 1000-dən çox ərizəyə baxıb. Neçə nəfərin azadlığa çıxması Prezidentin sərəncamı ilə müəyyən olunacaq”.

Bunu Publika.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. O bildirib ki, sonuncu iclasda da bir sıra ərizələrə baxılacaq:

HTML tutorial

 

“Bu vaxta qədər 9 iclas baş tutub. Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalana bilər. Mən bunu istisna etmirəm. Əlbəttə, son və qəti qərar cənab Prezidentə məxsusdur. Əfv sərəncamının gününü və saatını da cənab Prezident bilər. Çünki bu, ölkə başçısının müstəsna və konstitusion səlahiyyətidir. Əfv Komissiyası iki formada qərarlar qəbul edir, ya tövsiyə xarakterli lehinə, ya da əleyhinə. Amma yenə də son qərar Prezidentə məxsusdur. Nə qədər lehinə, nə qədər əleyhinə olduğunu söyləyə bilmərik. Etik deyil. Üstəlik, hələ də müzakirələr gedir. Əfv Komissiyası təşkilati tərəfini, Prezident isə hüquqi tərəfini həll edir”.

Gununsesi.info