1000 manatdan çox maaş alan müəllimlərin sayı açıqlanıb

  • By admin
  • 14 Sentyabr 2016 22:14

muel

 

“Son illər paytaxt məktəblərində 13029 müəllim 500-1000 manat, 631 müəllim 1000 manatdan yuxarı əmək haqqı alıb”.

Gununsesi.info-nun məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhər təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illər Bakı şəhər məktəblərində çalışan müəllimlərin əməkhaqqı 11% artıb.

M.Vəliyeva bildirib ki, 2016-cı tədris ilində 22 nəfər ümumi təhsil müəssisəsinə məktəb direktoru təyin edilib: “Son 3 ildə Bakı məktəblərinə 69 nəfər yeni direktor, 141 nəfər yeni direktor müavini təyin edilib”.

Direktorların rotasiyasının davam etdiriləcəyini vurǧulayan M.Vəliyeva deyib ki, son 3 ildə Bakıda 103 direktorun yerdəyişməsi həyata keçirilib: “Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Bakı şəhərindən 726 vakant yer çıxarılıb. Vakant yerlərdən 410-u ibtidai sinif müəllimi ixtisası üzrə olub. Nazirliyin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlardan (şəhərlərdən) 72 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib”.

M.Vəliyeva əlavə edib ki, yeni tədris ilində paytaxtın 354573 nəfər şagirdin təlim-tərbiyəsi ilə 28285 nəfər müəllim məşğul olacaq.

 

Gununsesi.info