104 apellyasiya şikayəti verilib, 24 namizədin nəticəsi ləğv edilib - Rəsmi açıqlama

  • By admin
  • 10 Sentyabr 2016 12:59

40aa5ba7098a20d13fbde36afc3e72c4

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2016-cı ilin 9 fevral, 11 və 18 mart tarixlərində elan edilmiş müsabiqələrin müsahibə mərhələsinin nəticələrindən narazı qalan 104 namizəd Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) apellyasiya şikayəti verib.

HTML tutorial

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə Apellyasiya şikayətlərinin baxılmasına dair (Namizədlər üzrə) hesabatda bildirilir.

24 nəfərin müsahibəsinin nəticəsi ləğv edilib, yeni müsahibənin keçirilməsinin təmin edilməsi haqda qərar verilib. 23 nəfərin müsahibənin nəticəsi ləğv edilib, namizədlər iddia etdiyi vakant vəzifəyə uyğun hesab edilib. Bir nəfərin apellyasiya şikayətinin verilmə tarixi qanunvericiliklə ayrılmış müddəti keçdiyi üçün müraciətə baxılmayıb. 56 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.

Gununsesi.info