
Peşə fəaliyyəti ərzində uzun ömür sürməyin sirlərini araşdıran 105 yaşlı Şiqeaki Hinohara (Shigeaki Hinohara) 1 ay əvvəl dünyasını dəyişsə də, bəşəriyyət üçün olduqca dəyərli xəzinə miras qoyub gedib.
105 il sağlam şəkildə ömür sürməyi bacaran yapon həkimin sağlam və uzun həyata qovuşmaq ilə bağlı bir sıra qızıl tövsiyələri var.
Gununsesi.info Hinoharanın dəyərli məsləhətlərini oxucularına təqdim edir.
Təqaüdə gec çıxın
İnsanların cəmiyyətə yararlı olmaq məqsədilə dünyaya gəldiklərinə inanan Hinohara təqaüdə gec çıxmağı məsləhət görüb. 105 yaşında dünyasını dəyişən həkim ölənə qədər öz pasientlərini müalicə edib.
Əyləncəyə çox vaxt ayırın
Hinoharanın digər dəyərli məsləhəti əyləncəyə vaxt ayırmaq və yuxu rejiminə riayət etməkdən ibarətdir. Həkim insanlara əyləncə zamanı uşaqlıq dövrünə qayıtmağı məsləhət görüb. Lakin o, yemək və yatmaq saatlarında çox yorulmamağın vacibliyini də vurğulayıb.
Düzgün qidalanın, az yeyin
Bu həkim artıq çəkiyə qarşıdır. O, öz qida norması ilə bağlı bu sözləri deyib:
“Səhər yeməyində bir fincan qəhvə, bir fincan süd və bir stəkan portağal suyu içirəm. Portoğal suyunun içərisinə 1 xörək qaşığı zeytun yağı qatıram. Zeytun yağı dərimi cavan və sağlam saxlayır. Günorta yeməyində süd ilə şirniyyat yeyirəm. Əgər çox məşğul olsam, heç nə yemirəm. Axşam yeməyində göyərti, balıq və düyü yeyirəm. Həftədə 2 dəfə isə menyumda 100 qram yağsız ətdən istifadə edirəm. Ümumiyyətlə, heç vaxt acdığımı hiss etmirəm, çünki daim işimə köklənirəm”.
Hər şeylə maraqlanın, hətta həkim reseptlərinizlə
Hinohara həkim olmasına baxmayaraq, öz pasientlərinə həmişə araşdırmalar ilə məşğul olmalarını məsləhət görüb. Bu barədə deyib:
“Əgər həkim sizin üzərinizdə hansısa proseduru sınaqdan keçirmək, yaxud sizə dərman vermək istəyirsə, soruşun ki, bunu öz övladına tətbiq edər, yoxsa yox”.
İdmanla məşğul olun
İdman çox önəmlidir. Hinohara bədən əzələlərini hərəkətə gətirmək üçün hər gün 2 mərtəbəni pilləkənlə çıxıb düşürmüş.
Gununsesi.info