Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fətullahçı Terror Təşkilatı (FETÖ) hərəkatına qarşı əməliyyatlar davam edir.
Gununsesi.info “Milliqazete” qəzetinə istinadən xəbər verir ki, bu gün FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində 109 hərbi prokuror tutduqları vəzifədən kənarlaşdırılıb. İşdən azad olunanlar arasında Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri də var.
Qeyd edək ki, bu günə kimi dövlət çevrilişinə cəhddə təqsirləndirilən 209 hərbi prokuror xaric edilib.
Anar
Gununsesi.info