11 bankın bağlanması nəticəsində 4 200 işsiz qalıb

  • By admin
  • 10 Mart 2017 14:05

bankk

“Azərbaycanın bank sektoru çətin dövrünü yaşayır”. 

Gununsesi.info xəbər verir ki, bunu “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında çıxış edən “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov deyib.

E.Qədimovun sözlərinə görə, 11 bankın bağlanması nəticəsində 4 200 nəfər bank əməkdaşı iş yerini itirib: “Bazar faizi anlayışının tətbiq edilməsi kredit faizlərinə təsir edir. Biz təklif edirik ki, ya bu tətbiq edilməsin, ya da həmin bank üzrə son 30 gündə verilən kreditlərə görə bazar faizi anlayışı tətbiq edilsin”.

“Rabitəbank” sədri təklif edib ki, kommersiya banklarının SWIFT, “Visa” və “Mastercard” təşkilatlarından aldığı xidmətlər ƏDV-dən azad edilsin.

Gununsesi.info