11-ci sinif şagirdi ürəyindən bıçaqlandı - GƏNCƏDƏ QANLI HADİSƏ

  • By admin
  • 13 Fevral 2018 13:18
Gəncədə 17 yaşlı oğlan küçədə bıçaqlanıb.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, 11-ci sinif şagirdi, 2001-ci il təvəllüdlü Elnur Həsən oğlu Bağırov şəhərin Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb.
E. Bağırov xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyib. Onun kim tərəfindən hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info