11 ölkə bu vaksinin istifadəsini dayandırdı

  • By admin
  • 15 Mart 2021 20:44

Almaniya, İtaliya və Fransa koronavirusa qarşı “AstraZeneca” vaksinin istifadəsi müvəqqəti olaraq dayandırılıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu, sözügedən vaksinin qanda laxtalanma riski yaratması ilə əlaqədardır.

HTML tutorial

Almaniya Səhiyyə nazirliyinin məlumatına görə, ölkədə peyvənd məsələsində səlahiyyətli olan Paul-Erlik İnstitutunun bu istiqamətdəki tövsiyəsi ilə bu qərar alınıb:

“Vaksin qanda laxtalanma riski yaratması səbəbindən müvəqqəti olaraq tətbiq edilməyəcək. Avropa Dərman Agentliyi (EMA) yeni araşdırmaların vaksinin tanınmasına təsir edib-etməyəcəyinə qərar verəcək”.

İtaliya da bu vaksinin istifadəsini müvəqqəti olaraq dayandırıb.

Bundan başqa, Fransa Prezidenti Emmanuel Makron peyvəndin istifadəsinin sabah günortaya qədər dayandırıldığını açıqlayıb.

Qeyd edək ki, bu vaksinin istifadəsini təxirə salan ölkələrin sayı 11-ə çatıb. Bunlar Niderland, İrlandiya, Norveç, Danimarka, İslandiya, Rumıniya, İndoneziya, Bolqarıstan, İtaliya, Fransa və Almaniyadır.

Gununsesi.info