ABŞ-ın müdafiə naziri Lloyd Ostin 2001-ci il sentyabrın 11-də terror aktı törətməkdə təqsirləndirilən üç müttəhimlə edam cəzasından yayınmağa imkan verən məhkəməyə qədərki razılaşmanı ləğv etmək qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
Qeyd olunur ki, qərar dərhal qüvvəyə minir.
Bundan əvvəl ABŞ administrasiyasının sözçüsü Con Kirbi bildirmişdi ki, Ağ Ev iyulun 31-dək 2001-ci il sentyabrın 11-də terror aktını törətməkdə ittiham olunan 3 nəfərin istintaqa cəlb olunduğunu bilmir.
Razılaşmaya əsasən, təqsirləndirilən şəxslər ölüm cəzası əvəzinə ömürlük həbs cəzası müqabilində təqsirli olduqlarını etiraf ediblər.
İş üzrə ilk iclasın gələn ilin yayında keçiriləcəyi gözlənilir.
Şəbnəm
Gununsesi.info