116 yaşlı seçici səs verdi - FOTO

  • By admin
  • 26 Sentyabr 2016 15:03

nene

Gununsesi.info APA-ya istinadən xəbər  verir ki, Balakən rayon Acılıxbinə kənd sakini Fatma Qurban qızı Səməddinova 109 saylı Balakən Dairə Seçki Komissiyasınin qullar kəndində yerləşən 12 saylı məntəqəsində səs verib.
F. Səməddinova səhhəti ilə əlaqədar olaraq, seçki məntəqəsinin qonşu  kənddə yerləşiyindən gedə bilməyəcəyinə görə, daşınan seçki qutusunun evinə gətirilməsini xahiş edib və bu müraciətə əsasən daşınan qutu  onun evinə aparılıb. 116 yaşlı Fatma Səməddinova evində səs verib.
Qeyd edək ki, Fatma Qurban qızı Səməddinova 1900-cü ildə Şəki rayonunun Baş Laysqı kəndində anadan olub və ötən əsrin 30-cu illərindən Balakəndə yaşayır.
DSK üzrə qeydiyyatda olan iki seçicinin yaşı 100-dən çoxdur.
nene1
Gununsesi.info