
Milli Rəsədxananın Geodinamika İnstitutunun məlumatına görə, bazar günü Amorgosda Rixter cədvəli üzrə 4,7 və 5,1 bal gücündə zəlzələlər 10 dəqiqə fərqlə qeydə alınıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Santorini kimsəsiz adaya çevrildiyi üçün Yunanıstan hökuməti böhran ssenariləri üzərində işləyir.
Normalda turizm mövsümünə hazırlaşmalı olan adalarda obyektlərin açılış tarixi qeyri-müəyyənləşir.
Bölgədə 12 gündə 12 min zəlzələ ölçüldü.
Zəlzələnin episentri 226 kilometr aralıda, Amorgosdakı Arkesini şəhərindən 21 kilometr cənub-qərbdə, dəniz bölgəsində yerləşib.
Orxan Saffari