![](https://www.gununsesi.info/wp-content/uploads/2024/07/6687060e476db68b62c49ecd.webp)
Göbeklitepe, İraq və Meksikadakı qədim divar təsvirləri qadınların minlərlə il əvvəl qısa, yarımdairəvi tutacaqları olan kvadrat formalı çantalardan istifadə etdiyini ortaya çıxarıb.
Tədqiqatlar göstərir ki, qadınlar makiyaj, ətir və saç fırçalarının yaranmasından çox əvvəl çantalardan istifadə edirdilər.
Qədim divar təsvirlərində 12 min il əvvəl çantadan istifadə edən qadınların təsvirləri tapılıb.
Gununsesi.info xəbər verir ki, Daily Mail qəzeti buna sübut kimi Türkiyənin Şanlıurfa şəhərindəki Göbeklitəpəni misal çəkib.
“Tarixin sıfır nöqtəsi” adlandırılan, təxminən eramızdan əvvəl 9600 – 9500-cü illərə aid olan neolit dövrünə aid Göbəklitəpədə daş sütunlarda kvadrat formalı qısa, yarımdairəvi qulplu çantaları xatırladan əşyaların təsvir edildiyi bildirilib.
Bildirilir ki, dünyanın ən qədim məbədi olan Göbeklitepedəki çanta təsvirlərinin inancla əlaqəli olduğu düşünülür.
Kvadrat torbanın Yer kürəsini simvolizə etdiyi düşünülür. Çünki qədim mətnlərdə keçmiş sivilizasiyaların Yerin düz olduğuna inandıqları bildirilir.
Digər tərəfdən çanta təsvirləri İraq, Misir və Cənubi Amerikadakı bəzi qədim tikililərdə də görülə bilər.
Bu, uzaq sivilizasiyaların eyni obyekti necə təsəvvür etdiyi sualını doğurur.
Amerikalı tarixçi David Mianonun fikrincə, İraqda olanlar assuriyalıların daşıdığı vedrələrdir. Çanta və vedrə hazırlamaq çətin deyil.
Şəbnəm
Gununsesi.info