12 miqrant donaraq öldü

  • By admin
  • 03 Fevral 2022 09:53

Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən 22 miqrantdan 12-si donaraq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində baş verib.

Hadisə ilə bağlı Valilikdən verilən açıqlamada Mandakoru bölgəsində donaraq ölən doqquz miqrantın cəsədinin tapıldığı, axtarışlardan sonra daha iki immiqrantın cəsədinin aşkarlandığı bildirilib.

Xəstəxanaya yerləşdirilən bir miqrantın isə həyatını xilas etmək mümkün olmayıb, bununla da ölənlərin sayı 12-yə çatıb.

Hazırda faktla əlaqədar araşdırma aparılır.

Gununsesi.info