12 yaşlı qızlarını 46 yaşlı kişiyə satdılar – Valideynlərdən ağlasızmaz əməl

  • By admin
  • 28 Fevral 2021 21:48

Hindistanda valideynləri böyük uşaqlarını müalicə etdirmək üçün on iki yaşlı qızlarını yetkin kişiyə satıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of İndia” məlumat yayıb.

Belə ki, ailə onların qızı ilə evlənmək istəyən 46 yaşlı qonşuları ilə 10 min rupiyə razılaşıb.

Toydan dərhal sonra kişi qızı qohumlarının yanına aparıb.

Daima ağlayan uşaq səsi eşidən qonşular müvafiq orqanlara müraciət ediblər.

Uşağı alan kişi istintaqa cəlb edilib.

Gununsesi.info