12 yaşlı uşaq dostunu güllələdi

Ukraynada 12 yaşlı uşaq dostunu güllələyib.

REN TV xəbər verir ki, hadisə Odessada baş verib.

Evlərinə qonaq gələn 15 yaşlı dostu ilə babasının ov silahına baxan uşaq təsadüfən ona atəş açıb.

Sinəsindən yaralanan zərərçəkən yerindəcə ölüb.

Yerli hüquq mühafizə orqanları hadisəni araşdırırlar.

Gununsesi.org