12 yeni dəniz canlısı kəşf edildi - ARAŞDIRMA

  • By admin
  • 24 Aprel 2018 23:00

Sinqapur və İndoneziyadan araşdırmaçılar, daha əvvəl bilinməyən 12 dəniz canlısını kəşf etdi.

“South China Morning Post” qəzetinin xəbərinə görə araşdırmaçılar, Yava dənizinin qərbi və cənubunda aparılan araşdırmalarda daha əvvəl bilinməyən hermit xərçəngi, krevet və xərçəng növlərinə rast gəldi.

Araşdırmaçılardan Sinqapurun Lee Konq Çian Təbiət Tarixi Muzeyinin Müdiri Peter Ng, 14 gün boyunca 30 elm adamı və 25 şəxsdən ibarət bir dəstək qrupu ilə 800 ilə 2 min 100 metr dərinlikdə aparılan araşdırmalarda dənizdən 12 min ədəd canlı növü çıxarıldığını ifadə etdi.

Araşdırmaçılar, çıxarılan canlı növlərilə əlaqədar işin davam etdiyini, kəşflərin davam edə biləcəyini qeyd etdi.

Yeni kəşf edilən canlı növləri arasında tüklü tikanları və gözləri qan kimi qırmızı olan bir xərçəng, zebr naxışlı qabığa sahib bir xərçəng və yaşıl gözlərilə narıncı məngənələri olan bir yengəc var. (deyerler.org)

Gununsesi.info