120-dən çox İŞİD terrorçusu məhv edilib

  • By admin
  • 26 İyul 2016 15:30

isid

 

Bir sutka ərzində Əfqanıstan ordusu ölkənin şərqində yerləşən Nanqarxar əyalətində 122 İŞİD terrorçusunu məhv edib. Gununsesi.info xəbər verir ki, bu barədə Nanqarxar əyalətinin qubernatorunun mətbuat katibliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Açin rayonu ərazisində hökumət qüvvələrinin yerdən və havadan həyata keçirilən əməliyyata nəticəsində 24 saat əzrində 122 terrorçu məhv edilib, 20-si isə həbs edilib. Əməliyyat zamanı mülki əhali arasında itki olmayıb.Antiterror əmliyyatı davam etməkdədir.

 

Gununsesi.info