120 min dolları gömrükdən belə keçirmək istədi - FOTO

  • By admin
  • 21 Dekabr 2016 14:35

valyuta-10

Rusiya vətəndaşlarının üzərində 120 min ABŞ dolları aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama nəticəsində, həmin şəxslərdən iki nəfərinin ayaqqabılarında, bir nəfərinin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş halda cəmi 120 min ABŞ dolları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info