
Türkiyədə iyulun 15-də FETÖ-nun dövlət çevrilişinə cəhdindən sonra çevik polis əməkdaşlarının əld etdikləri məlumata əsasən İstanbulda fəaliyyət göstərən 44 şirkətdə reyd keçirilib.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan müsəlman ruhani Fətullah Gülənə maliyyə dəstəyi verməkdə ittiham edilən 120 şirkət rəhbərinin həbsinə dair də qərar verilib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan hökuməti iyul ayının 15-i 240 nəfərin ölümü ilə nəticələnən hadisələrin arxasında Fətullah Gülənin durduğunu deyir.
Rəsmilər, yüksək rütbəli hərbiçilər, vəzifəli şəxslər və təhsil sistemi işçiləri də daxil olmaqda indiyədək çevriliş cəhdindəəli olan 35 mindən çox insan həbs edilib.
Gülnaz Qənbərli
Gununsesi.info