122 yaşlı Fidan nənədən tövsiyələr

  • By admin
  • 05 Noyabr 2016 22:15

fidannene

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tuncelinin Mazgirt ərazisinə bağlı Yeni Məhəllədə oğlu ilə birlikdə yaşayan və 3 dəfə ailə həyatı quran 122 yaşlı Fidan Özcanın bu evliliklərdən 10 uşağı olub. Onun bir övladı 100 yaşında dünyasını dəyişib, qalan 9 övladından isə 42 nəvəsi var. Nəvələrinin sayını isə özü bilmir. Fidan nənə uzun yaşamağın sirrini başda qatıq olmaqla, heyvani qidalar qəbul etməklə əlaqələndirir.

Yaşının çox olmasına baxmayaraq, sağlamlığında ciddi problem olmayan Fidan nənənin yeganə çətinliyi gözlərinin zəif görməsidir. Nəvəsinin köməyi ilə yeriyən nənə hər səhər oyananda dua etməyi də unutmur.

Ən çox qatıq sevdiyini qeyd edən Fidan nənə deyib ki, səhərlər qatıq, günorta istənilən şey olmaqla, gündə iki dəfə yemək yeyir.

Nənəsini çox sevdiyini bildirən nəvələrdən biri Özləm Öztürk öz fikirlərini belə ifadə edib: “Nənəmin 122 yaşında olması bizi çox qururlandırır. Onu çox sevirik. İtirməkdən qorxuruq. Mən də, atam da onu çox sevirik”.

Gununsesi.info