125 nəfərin qalıqları Xankəndidən Ermənistana aparıldı

  • By ilhame
  • 26 Sentyabr 2023 21:06

Xankəndi yaxınlığında baş vermiş partlayış nəticəsində ölən 125 nəfərin qalıqları məhkəmə-tibbi ekspertizası və şəxsiyyətinin müəyyən edilməsi üçün Ermənistana aparılıb.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə bildirib.

O, hazırda 67 yaralının Yanıq Mərkəzində olduğunu deyib.

Gununsesi.info