13 qat dünya çempionu narkotikə görə tutuldu

  • By admin
  • 21 Dekabr 2020 20:14
Xizək idmanı üzrə ikiqat olimpiya çempionu Petter Nortuq azadlıqdan məhrum edilib.

Evində narkotik maddə aşkarlanan norveçli idmançı yol hərəkəti qaydalarını pozmaqda da ittiham olunur.

Bu səbəbdən məhkəmə 34 yaşlı xizəkçinin 7 ay müddətinə həbsinə qərar verib.

Qeyd edək ki, P.Nortuq eyni zamanda 13 qat dünya çempionudur. O, 2 dəfə Dünya Kubokunun qalibi olub.

 

Gununsesi.info