13 saylı cəzaçəkmə müəssisəsinin rəisindən Elnur Seyidov - AÇIQLAMASI

  • By admin
  • 13 Avqust 2016 10:40

elnurseyidov2

 

Mediada 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun ölümlə hədələnməsinə dair informasiya yayılıb.

Gununsesi.info-nun əməkdaşı adıçəkilən müəssisənin rəisi Azər Hacıyevlə əlaqə saxlayıb. Saytımıza açıqlamasında Azər Hacıyev bildirib ki, Elnur Seyidov hazırda müəssisədədir, onun həyatına hər hansı bir təhlükə ola bilməz: “Bu xəbər yayılandan dərhal sonra Penitensiar Xidmətdən mənimlə əlaqə saxladılar. Yəqin ki, yaxın saatlarda Penitensiar Xidmətin açıqlaması olacaq”.

Xatırladaq ki, MTN-nin keçmiş rəhbərliyi tərəfindən “Texnikabank İşi”nə görə, həbs olunan Elnur Seyidov illərdir ki, həbsxana həyatı yaşayır. Onunla birlikdə həbs olunan bankın rəhbəri Etibar Əliyev və digər 23 nəfər azadlıqda olsa da Elnur Seyidov hələ də həbsdədir. O, ağır xəstəlikdən əziyyət çəkir.

Gununsesi.info xatırladır ki, adıçəkilən müəssisədə sabiq səhiyyə naziri Əli İnsanov və bir neçə siyasi fəallar saxlanılır.

 

Elmar