İşgəncələrə dözməyən məhbus dilini kəsdi - 13 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ

  • By admin
  • 20 Dekabr 2016 15:46

13-sayli 

 “13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan  məhkum Cabbarlı Natiq Vaqif oğlu  2 aydır ki, müntəzəm olaraq  müəssisənin rəis müavini  Elçin Əlicanov tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalır.

Bu haqda Gununsesi.info-ya məhkumun atası  Vaqif Cabbarov məlumat verib.

Onun sözlərinə görə, məhkum Natiq Cabbarlı cəza çəkdiyi müddətdə dəfələrlə rəis müavini E.Əlicanov tərəfindən döyülərək  karserə salınıb: “Sonuncu dəfə isə  oğlum Natiq Cabbarlı E.Əlicanov tərəfindən daha  dəhşətli işgəncələrə məruz qalanda isə, özünə qəsd edib. Hazırda  Natiqin vəziyyəti çox ağırdır. Onu Pentensiar Xidmətin  Bakıdakı Müalicə Müəssisəsinə köçürüblər”-, deyə məhkumun atası bildirib.

Son anda əldə etdiyimiz məlumata görə, məhbus N.Cabbarlı işgəncələrə dözməyərək, dilini kəsib. Hazırda vəziyyəti ağırdır.

Gülnaz Qənbərli

Gununsesi.info