130 arvadı olan din alimi dünyasını dəyişdi

  • By admin
  • 31 Yanvar 2017 10:17
din alimi
93 yaşlı Mohammed Bello Abubakar (el arasında baba Masaba tanınıb-red.)  yanvarın 28-də dünyasını dəyişib. O, öləndə onun 130 arvadı olub.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki,  Nigeriyada keçmiş islam din alimi Masabanın 86 arvadı olub. Onun ölüm səbəbi bilinmir. Yanvarın 29-da onun dəfn mərasiminə xeyli sayda adam toplanıb.
 
BBC “Nigeria’s Daily Trust” qəzetinə istinadən xəbər verir ki, 2008-ci ildən etidbarən o, tibb sahəsində tanınmış bir şəxsiyyətə çevrilir. O zaman onun 86 arvadı var imiş. Öləndə isə arvadlarının sayı 130-a çatıb. Qəzetin yazdığına görə, Masaba baba öləndə onun bir neçə arvadı hamilə olub. Masaba babanın 203 uşağı var.
Mətbu orqanın  Mohammed Abubakarın çoxarvadlı olmasının səbəbinə də aydınlıq gətirib. 9 il əvvəl bir sıra qadınlar əziyyət çəkdikləri xəstəlikdən ona müraciət ediblər. Ona xəstəliyindən pənah gətirən qadınlar əziyət çəkdikləri xəstəlikdən sağalırlar. Bundan sonra həmən qadınların bir çoxu ona evlənmək təklifi edirlər və o da buna etiraz etmir: “Mən onları axtarmıram, onlar özləri mənim yanıma gəlirlər. Mən də onları Allahın göndərdiyi kimi qəbul edərək, sadəcə onlarla evlənirəm. Hətta arvadlarımın bir çoxu  yaşca uşaqlarımdan da kişikdir”.
Abubakarın arvadlarında biri olan Qaniat  deyib ki, mən onunla hələ məktəbli ikən tanışam: “Anam məni onun yanına  xəstəliyimin müalicəsi üçün məsləhət almağa gətirib. Məsləhətdən sonra  mənə evlilik təklifi olunub. O zaman dedim ki, mən bu yaşlı kişiyə ərə getmək istəmirəm. O isə bildirdi ki, bu  Allahın təqdiridir və evlənməlisən”.
Gununsesi.info