130 min ev işıqsız qaldı - GÜCLÜ YAĞIŞ SƏBƏBİNDƏN

  • By admin
  • 11 Fevral 2018 22:00

Avstraliyanın Kvinslend ştatında hava şəraitinin pis olması səbəbindən 130 mindən artıq ev işıqsız qalıb.

Gununsesi.info xəbər verir ki, güclü yağışlar və külək Kvinslendin cənub-şərq hissəsinə, Brisben ştatının paytaxtına və Loqan şəhərinə daha çox zərər vurub.

“Energex” enerji şirkətinin nümayəndəsi bildirib ki, əməkdaşlar havanın pis olması səbəbindən elektrik xətlərinin təmirinə başlamayıblar.

Gununsesi.info