İspaniyanın Valensiya şəhərində bir binada baş verən yanğın böyük çaxnaşma və qorxuya səbəb olub. Binada çox sayda insanın köməksiz vəziyyətdə qaldığı açıqlanıb. Hadisə zamanı ölən və yaralananların olduğu bildirilirb.
Gununsesi.info xəbər verir ki, yerli mətbuatın məlumatına görə, bəzi mənzil sakinlərinin binanın içərisində sıxışıb qaldığı bildirilib. Qeyd edilib ki, alov bütün binanı əhatə etdiyi üçün müdaxilə etmək çətinləşib.
Binanın bütün fasadının alov içində qaldığı, yanan parçaların aşağıda səkiyə düşdüyü və içəridən kiçik partlayışların baş verdiyi müşahidə edilib. Partlayış səsləri kamera görüntülərində də əks olunub.
Yerli fövqəladə hallar xidmətləri şəhər mərkəzinin şimalındakı zəngin məhəllədə yerləşən hadisə yerinə on altı yanğınsöndürmə briqadası və beş təcili yardım maşınının göndərildiyini bildirib.
Fövqəladə Hallar Nazirliyinin “X” sosial media platformasından yaydığıaçıqlamada yanğının binanın 4-cü mərtəbəsində başladığı və digər mənzillərə keçdiyi bildirilib.
Yerli media çoxlu sayda mənzil sakininin eyvanlarından kömək istədiyini yazıb. Yaxınlıqdakı klinikada işləyən Ana Mari Qonzales TVE-yə bildirib ki, yanğınsöndürənlər binanın birinci mərtəbəsində sıxışmış bir yeniyetməni xilas etməyə çalışıblar.
Gununsesi.info