14 min ədəd xarici markalı siqaret aşkar edilib götürülüb

  • By admin
  • 04 Avqust 2016 16:13

  gomruk

 

Gömrükçülər 14 min ədəd xarici markalı siqareti aşkar edərək götürüb.

Gununsesi.info-nun məlumatına görə, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Samur” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı, nəqliyyat vasitəsinin salonunda 14 min ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info